Ən qədim budda məbədi alovlandı



Çinin Sıçuan əyalətində Asiyanın ən qədim paqodası (budda məbədi) yanıb.
Oxu.Az-ın məlumatına əsasən, 16 mərtəbəli tikili Sıçuanın şimal-qərbindəki monastırda yerləşirdi. 
Xəsarət alanlar barəsində məlumat daxil olmayıb, hazırda yanğının səbəbləri araşdırılır.
Paqoda Min sülaləsinin hakimiyyəti dövründə (XIV-XVII əsrlər) tikilmişdi. O,  2008-ci ildə zəlzələ nəticəsində dağılmışdı. Yanğın zamanı isə paqodada bərpa işləri aparılırdı. 

Yorumlar