Məşhur biznesmen oğlunu öldürdü: "Narkoman idi"

alt

Ata narkoman oğlunu öldürüb.

GoldNews.Az xəbər verir ki, İzmirdə məşhur bir ayaqqabı firmasının qurucusu olan Nemət Tarlak narkoman olduğunu irəli sürdüyü oğlu Burak Tarlakı iki gülləylə öldürüb.

İzmirdə 31 ildir ki, fəaliyyət göstərən bir ayaqqabı firmasının təsisçisi və idarə heyətinin sədri olan iş adamından narkoman olduğu öyrənilən oğlu Burak Tarlak hadisədən əvvəlki axşam iş yerinə gələrək pul istəyib. Atası pul vermək istəməyəndə isə aralarında mübahisə yaranıb. Bundan sonra Burak Tarlak bıçaqla atasına hücum edib. Atası da lisenziyalı tapançasını çıxararaq oğlunu atıb.

Nəzarətə alınan atanın ifadəsində "Oğlum illərdir işləmir. Narkotik maddələrdən istifadə edir. Bunun üçün də daim məndən pul istəyirdi. Bu səbəbdən aramızda tez-tez mübahisələr baş verirdi. Mübahisə zamanı özümü itirdim, atəş açdım. Çox peşmanam" dediyi öyrənilib.

4 il əvvəl Özge Tarlak ilə evlənən Burak Tarlakın 11 noyabrda Burakxan adını verdiyi bir oğlunun dünyaya gəldiyi də ortaya çıxıb.


Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz

Yorumlar