Fəttah Heydərovdan bayram təbriki

Əziz müsəlman bacı-qardaşlarım!
Bayramlar, küslülüklərin unudulduğu, insanların barışdığı,
qardaşca qucaqlaşdığı, milli və dini duyğuların, inancların, ənənə və adətlərin tətbiq olunduğu, qüvvətləndiyi günlərdir. Bütün müsəlman dünyasının ən böyük bayramı olan Ramazan bayramı da bizim bayramlarımızın baş tacıdı. Bu bayramda oruc tutmaq, nəfsə qalib gəlmək islam fəzilətidir. Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da artırır. Allahın verdiyi nemətlərin qədri daha yaxşı bilinir.
Ramazan, bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc ruhumuzun güc qaynağıdır.
Əziz həmvətənlər!
Təmsil etdiyim şuranın bütün üzvləri adından və şəxsən öz adımdan Sizlərin bayramınız təbrik edir, xalqımıza bolluq, rifah və əmin-amanlıq arzulayıram!
Allah tutduğunuz orucu, etdiyiniz dilək-dualarınızı qəbul etsin! Amin!
Hörmətlə,
Fəttah Heydərov,
Azərbaycan Ağsaqqallar şurasının sədri, millət vəkili