Ermənistana gedən avtobus qəza törətdi: Beş azərbaycanlı öldü

Ermənistana gedən avtobus qəza törətdi: Beş azərbaycanlı öldü


Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.

A24.Az-ın APA-ya istinadən məlumatına əsasən, Rusiyadan Ermənistana gedən “Mercedes Neoplan” avtobusu Tbilisidə “Quru  körpü” yaxınlığında “Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.

Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar.


Digər xəbərləri oxumaq üçün bura gir-   https://xeberleraz.blogspot.com/

Yorumlar