Heydər Əliyevin ən yaxın silahdaşı Vaqif Axundovun 67 yaşı tamam olur

16 sentyabr  Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundovun 67 yaşı tamam olur
Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır[2].

Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972-1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.

1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini,şöbə rəisi işləmişdir.

1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.

Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı, "Azərbaycan Bayrağı" ordeni və medallarla təltif edilmişdir.

Ailəlidir,1 övladı var.

Allahdan generalımıza uzun ömür can sağlığı arzu edirik