Ağır qəzaya düşərək yaralanan hərbiçilərimizdən xəbər var

Şəki rayonu ərazisində ağır yol qəzasına düşmüş dörd yaralı hərbçi digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb.

Sonxeber.az Report"a istinadən bildirir ki,durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib.
Başından ağır xəsarət alan və hazırda kritik durumda olan Məhəmməd Heydərov isə Bakıda yerləşən Hərbi Hospitala göndərilib.


Yorumlar