Leyla Əliyevadan numunəvi addim-sahibsiz pişiki himayəsinə götürdü


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva övladları ilə birlikdə IDEA Heyvanlara Qayğı Mərkəzinə səfər etdi. Mərkəzdə saxlanılnan heyvanlara baxarkən, Leyla xanımın diqqətini iki aylıq sahibsiz pişik balası cəlb etdi. Mərkəzimizdəki heyvanlara baxarkən, 2 aylıq sahibsiz pişik balası Leyla xanımın diqqətini cəlb etdi və qısa müddətdə yaranan qarşılıqlı simpatiyanın nəticəsi olaraq dərhal onu himayəyə götürməyi qərara aldı. 
Küçədə doğulmuş bu şirin pişik balasının keçmişi çətin olsa da, yeni sahibəsinin sayəsində gələcəyi xoşbəxt olacaq.

Sahibsiz, küçə heyvanları insanlar üçün gözəl dost olurlar, onların birini himayəyə götürsəniz özünüz də buna əmin olacaqsınız. Təbii ki, bu mərhəmətli davranışınız ətrafdakılara da gözəl nümunə və sübut olacaq. @idea_campaign @ideacares.az

Bu haqda Leyla Əliyeva şəxsi instagram hesabinda paylaşıb