Yeni sədr Arif Rəhimzadənin oğlu deyilmiş... - Görün kimin qohumu çıxdı

Nuridə bu dəfə Xəzərdə soyundu -  FOTOSESSİYA

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Murad Arif oğlu Rəhimov Müşahidə Şurasının sədri, Azad Tahir oğlu Əmrahov və İlqar Aydın oğlu İsbatov Müşahidə Şurasının üzvləri təyin olunublar.

Bəzi KİV-lər dünən yaydığı məlumatlarda Murad Arif oğlu Rəhimovu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim etsə də, xəbər təsdiqlənmədi.

AZXEBER.COM xəbər verir ki, deputat Arif Rəhimzadə Modern.az-a açıqlamasında Murad Rəhimovun atası olmadığını bildirib.

Sayt Dövlət Reklam Agentliyi Müşahidə Şurasınnın sədrinin kimliyini dəqiqləşdirib. Məlum olub olub ki, Murad Arif oğlu Rəhimov gənclər və idman naziri Azad Rəhimovun qardaşı oğludur.

Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz


Yorumlar