Tamerlan Əkbərov-Ümummilli Liderimiz dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.



Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarının bəhrələrini görür və şübhəsiz, sabah da görəcək.
Bu sözləri ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü günündə dahi rəhbərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri, tələbə gənclər təşkilatının sədri Tamerlan Əkbərov AZƏRTAC-a müsahibəsində deyib.

T.Əkbərov bildirib ki, böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti gənclər üçün örnəkdir. Həyatı boyu, o cümlədən respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək nəslin yetişməsinə çalışıb. Gənclərimizə böyük ümidlər bəsləyən Ümummilli Liderimiz dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi.
Bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün Azərbaycan gəncləri Ulu Öndərimizin xatirəsini daim dərin hörmət və ehtiramla yad edirlər. Mən də bir Azərbaycan gənci kimi, bu gün Fəxri xiyabana gəlib ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməyi özümə borc bilirəm.


Yorumlar