Salyandakı qətliamın dəhşətli sirrləri açılır -ana öldürüldükdən sonra oğlu gedib onun maaşını alıb

Salyandakı qətliamın dəhşətli sirrləri açılır -ana öldürüldükdən sonra oğlu gedib onun maaşını alıb


bir xeyir görmədilər. Xoşqədəm xanımdan da çox razıyıq ki, Yufis Mustafayevin vaxtında cavabını verdi. O düşünmədən danışdı. Ancaq sağ olsun, imkan vermədi ki, haqqımızda nahaq danışsın. Rayon rəhərliyi də bizə qardaş oldular. Bu günlərdə yanımızda idilər. Nə yaxşı ki bu işin üstü açıldı. Çünki hərə bir söz deyirdi. Təmiz adları oldu, kimlərinsə yanında xəcalətli qalmadıq".

M.Qurbanovanın qardaşı E.Qurbanov deyir ki, tez-tez bacısının qətlə yetirildiyi evə gedirmiş, ətrafdakılardan bura kiminsə gəlib-gəlmədiyiylə maraqlanırmı. Qətldən iki il sonra bacısının evinə gedərkən görür ki, həyət-baca səliqəyə salınıb, ağaclar budanıb. Sən demə, F.Əliyev bunu diqqət çəkməmək, şühbə yaratmamaq üçün edirmiş.

Qurbanovanın qardaşı Elnur isə bu ərəfələrdə F.Əliyevin qohumlarının onlara "Televiziyaya çıxıb bizi biabır elədiniz. Onlar ya Türkiyədə, ya da Dubaydadırlar" formasında tənələr edildiyini söyləyir.
Sözügedən hadisəni il olaraq ictimailəşdirən "Səni Axtarıram"ın aparıcısı Xoşqədəm Hidayətqızı isə bildirir ki, qətlə yetirilən dörd qız və ananın məzarüstü abidəsi layihənin hesabına götürüləcək:

"Belə qərara gəldik ki, məzar daşlarını biz qoyduraq. Sizə təsəlli vermək asandır. Amma durumunuz çox çətindir. Deyiləsi dərd deyil. Özümü sizin yerinizə qoya bilmərəm. Çünki bu dərdi hiss etmək üçün sizin yerinizdə olmaq lazımdır".

Arvatan kənd qəbristanlığındayıq. Dəhşətli sözü bu mənzərənin qarşısında o qədər bəsit və cılız görünür ki... Ən yaxşısı yazını bitirək. Gerisini özünüz görün.

olke.az



Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz

Yorumlar