Sabirabadlı Hikmətin məzarlığında cinayət

Sabirabadlı Hikmətin məzarlığında cinayət


Sabirabad rayonunda qəbiristanlıqda oğurluq baş verib.

Dekabrın 12-nə keçən gecə Sabirabad rayonunun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbir kənarı alüminiumdan olan lövhələr oğurlanıb.

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyatı nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Mircabbar Miriyev saxlanılıb.

Həmin qəbiristanlıqda kriminal aləmdə "Sabirabadlı Hikmət" ləqəbi ilə tanınan Hikmət Muxtarov, onun əmisi oğlu, "Qorbatı Ramiz" ləqəbi ilə tanınan Ramiz Muxtarovun da məzarı var.

Məlumata görə, alüminiumları sökülən çəpər Hikmət Muxtarovun məzarına gedən yol hissəsində yerləşir.

Hikmət Muxtarov 2006-ci ildə naməlum silahlı adamlar tərəfindən öldürülüb.
Mənbə: teleqraf.com


Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz

Yorumlar