Saakaşvili azadlıqda – VİDEO


Kiyevin Peçerski Rayon Məhkəməsi Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilininin sərbəst buraxılmasına dair qərar qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, dekabrın 11-də, RİA Novosti nəşri məlumat yayıb.
Hakim Larisa Çokol prokurorluğun ittihamını rədd edib. Siyasətçi Ali Radanın deputatlarının himayəsi altında azad olunub.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti dekabrın 9-na keçən gecə öz dostunun evində olarkən saxlanılıb. Təcridxanaya yerləşdirilən Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını bəyan edib.

Yorumlar