Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu - VİDEO





Rusiyanın “Zvezda” telekanalında yayımlanan siyasi tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasov ermənistanlı ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fuad Abbasov öz sosial şəbəkə hesabında paylaşım edib.
Tok-şouda müzakirə mövzusu isə Türkiyə-Rusiya münasibətləri olub.
Türkiyə ilə bağlı səslənən təhqiramiz fikirlərə sərt reaksiya verən Fuad Abbasov Tsaturyanla üz-üzə gəlib.

Yorumlar