on gün hamamdan çıxa bilməyən qadın ölüb-Əri isə həkim çağırmaq əvəzinə elə bir şey etdiki


Almaniyada hamam otağında vannaya yıxılan və oradan on gün ərzində çıxa bilməyən qadın ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Mirror nəşri yazır.

İnsident ölkənin Bekkum şəhərində baş verib. Qadının əri bildirib ki, o hamam otağında səs eşidib və yaxınlaşanda həyat yoldaşının vannaya yıxıldığını ətrafında isə sınmış rəfin qırıntılarını olduğunu görüb. O bildirib ki, kömək edəndə, arvadı ondan heç nə istəmədiyini deyib.

Həyat yoldaşına telefon gətirən kişi “kömək lazım olsa zəng vurarsan” deyib və gedib. Bundan sonra bir neçə gün ərzində o, arvadına hamam otağına yemək, içki və dərman gətirib.
On gün sonra qadının əri təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının iki gün əvvəl pnevmoniyadan öldüyünü müəyyən ediblər. Onun həyat yoldaşı isə polis tərəfindən saxlanılıb.

Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz


Yorumlar