Fədaya Laçın sevənlərə ŞAD XƏBƏR: Nəhayətki...

VƏSSALAM! Fədaya Laçın sevənlərə ŞAD XƏBƏR: Nəhayətki...

Müğənni Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət ediləcək.

 bu barədə AzVision.az-a F.Laçının vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müraciətə hansı cavabın veriləcəyi bu həftə bilinəcək.

"Ev dustaqlığına buraxılması ilə bağlı müraciətə müsbət cavab verilib-verilməyəcəyini bilmirik. Biz cavabın nə olacağını bilməsək də, müraciət edəcəyik. Hazırda Fədayə xanımın vəziyyəti normaldır, səhhəti qaydasındadır".

Qeyd edək ki, müğənni F.Laçın oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Yorumlar