Biləsuvarda dəhşət-Diri-diri yandı



Biləsuvar rayonunda yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi Kazımov Həsən Bayram oğlunun yanmış  meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb
Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz


Yorumlar