ABŞ Türkiyənin “S-400” kompleksləri ilə bağlı qərarından narahatdır




ABŞ Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin alması ilə bağlı qərarından narahatlığını bildirməkdə davam edir.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya üzrə köməkçisi Vess Miçel bəyan edib.

“Biz Türkiyə ilə müttəfiq olaraq işləməyə davam edirik və S-400 də daxil olmaqla, bir çox sahələrlə bağlı narahatlıqlarımızı ifadə etməkdə davam edirik”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək.

Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz

Yorumlar