2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

Cari 2017-ci ilin sonuna yaxınlaşarkən goldnews.az olaraq son günlərini yaşadığımız bu ilin ən önəmli hadisələrini silsilə şəklində sizə təqdim edəcəyik.

BiG.AZ xəbər verir ki, bugünkü yazımız 2017-ci ildə quda olan məmurlar və onların ailə quran övladları ilə bağlıdır.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun oğlu İdrak Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızı ilə ailə həyatı qurub.

Toy Bakıda şadlıq saraylarının birində baş tutub
2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

Səhiyyə naziri Oqtay Şirəliyev də oğluna toy edib. Nazirin oğlu Kazım biznesmen ailəsi ilə qohum olub. "Bilgah Beach Hotel”də baş tutan dəbdəbəli mərasimin aparıcısı Kamilə Babayeva olub. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər. Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak ediblər.
2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov da qızına toy edib

AZAL prezidentinin bu qızı da əcnəbi kişi ilə ailə qurub.

Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur. Toy mərasimi Bakıda baş tutub.

Qeyd edək ki, Mila Əsgərova Londonda tanınmış incəsənət mütəxəssislərindən biridir, “Gazelli Art House” incəsənət qalereyasının təsisçisi və rəhbəridir. Həyat yoldaşı Robert Norton isə Sedition art və Saatchi Online şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar Reuters agentliyində müxbir olaraq da çalışıb.

Onu da əlavə edək ki, Əsgərovun digər qızı Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir.
2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI
2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI


Azərbaycanda daha iki yüksək vəzifəli məmur da bu il bir-biri ilə quda olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub.

Onların toy məclisi Binə Atçılıq Mərkəzində keçirilib. Qeyd edək ki, Əli Həsənovun ailə quran nəvəsi Nail Allahverdiyev hazırda həbsdədir.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI


2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

Avqustun 11-də keçmiş vergilər naziri Fazil Məmmədovun qızının toyu olub. Nazir öz müavini Namiq Əliyevlə quda olub. Fazil Məmmədovun qızının ailə holdinqi kimi tanınan "Synergy Group" Şirkətlər Qrupuna rəhbərlik etdiyi bildirilir. Kürəkəni isə Londonda yaşayır və orada bizneslə məşğuldur.

Nazirin qızı Selcanxatun Əbdül adlı şəxslə ailə həyatı qurub.

Toy mərasimi "Böyük saray" şadlıq evində baş tutub. Məclisin idarəçiliyini xalq artisti Brilliant Dadaşova edib.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

Azərbaycanda daha bir məmur «Buta Palace”da öz övladına toy edib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov oğlu Orxan Qurbanovun toy mərasimini keçirib. Administrasiya rəisi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovla quda olub.

«Buta Palace”da baş tutan toy məclisində bir çox şou-biznes nümayəndələri də iştirak edib. Qüdrət Qurbanovun tapşırığı ilə toy məclisində iştirak edən qonaqlardan toydan çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılmaması xüsusi xahiş edilib. Buna səbəb məclisin dəbdəbəli keçirilməsi və yüksək çinli məmurların məclisdə iştirak etməsi olub. Digər bir səbəb isə Q.Qurbanov mətbuatın gündəminə gəlməkdən çəkinməsi olub.

Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva aparıblar.
2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI
ta Palace”da baş tutan toy məclisində bir çox şou-biznes nümayəndələri də iştirak edib. Qüdrət Qurbanovun tapşırığı ilə toy məclisində iştirak edən qonaqlardan toydan çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılmaması xüsusi xahiş edilib. Buna səbəb məclisin dəbdəbəli keçirilməsi və yüksək çinli məmurların məclisdə iştirak etməsi olub. Digər bir səbəb isə Q.Qurbanov mətbuatın gündəminə gəlməkdən çəkinməsi olub.

Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva aparıblar.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI
2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI
2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI



Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayilovun ailəsində də bu il ərzində xoş gün yaşanıb. İcra başçısının qızı Aysel Mikayilova ailə həyatı qurub. “Buta Palace”da onun xına mərasimi keçirilib. Mərasimdə tanınmış şou ulduzları Aygün Kazımova, Tünzalə Ağayeva, Günay İbrahimli və Aşıq Samirə d
ə iştirak edib. 

Məlumata görə, onun qızı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğlu Pərviz Axundovla ailə qurub.

Toy mərasimi Bakıdakı məşhur restoranlardan birində baş tutub. K. Axundov bildirib ki, bu evlilik gənclərin öz seçimi olub: "Kimisə məcburən, zorla evləndirmək olmaz ki... Özləri sevib, evlənmək qərarı veriblər. Allah hamının balasını xoşbəxt eləsin, bizimkilər də içərisində”. 

Onu da bildirək ki, Pərviz Axundov tələbədir, hazırda Azərbaycanda ali məktəblərdən birində təhsil alır.

2017-ci ildə quda olan azərbaycanlı məmurlar- Dəbdəbəli toyların FOTO və VİDEOLARI






Xəbəri bəyəndinsə bəyən bəyənmədinsə bəyənmədim düyməsinə basaraq fikrinizi bildirə bilərsiz

Yorumlar