Vətənim - and yerim" musiqi müsabiqəsi



"Vətənim - and yerim" musiqi müsabiqəsi
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə həyata keçirilən müsabiqənin əsas məqsədi musiqi istedadı olan gəncləri tanıtmaqdır. İstedadını güvənən hər bir gənc üçün əla imkan. 50 istedadlı gəncin iştirak edəcəyi müsabiqə 3 mərhələdən ibarət olacaq. Müsabiqənin sonunda ilk 4 yerin sahibləri mükafatlandırılacaq.
Müsabiqədə iştirak üçün https://goo.gl/forms/HiDNkxKgkYoPgDYX2 linkə daxil olaraq yaxud +994709507353 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyatın son tarixi 01. 12. 2017dir.
İstedadına güvənən hər bir gənc iştirak edə bilər.
Qeyd edək ki, layihənin rəhbəri Orxan Məmmədovdur.

Yorumlar