Mudafiə Nazirliyindən mühüm açıqlama

Ermənistan tərəfi Azərbaycan
Silahlı Qüvvələrinin guya öz
bölmələrinin mövqelərini
minaatanlardan vurmasını
əks etdirən videomaterial
yayıb.
Bu barədə APA-ya Azərbaycan
Müdafiə Nazirliyindən
bildiriblər.
Qeyd olunub ki, döyüş
meydanında məğlubiyyətə
düçar olan Ermənistan tərəfi
bunun əvəzini virtual
məkanda çıxmağa uğursuz
cəhdlər göstərir: “Hazırda
cəbhənin müxtəlif
istiqamətlərində, o cümlədən
Tərtər-Ağdərə istiqamətində
yerləşən ön xətt bölmələrimiz
hazırlıq planına əsasən döyüş
vəziyyətinə uyğun şəraitdə
atış məşqləri keçirir.
Videodakı partlayışlar isə
ermənilərin iddia etdikləri
kimi 60 millimetrlik minaatan
mərmiləri yox, təlimdə
istifadə edilən əl
qumbaralarının partlayışıdır.
Hətta mütəxəssis olmayan,
silahdan azacıq anlayışı olan
şəxs belə bu partlayışların
minaatanların mərmilərinə
aid olmadığını asanlıqla təyin
edə bilər”.

Yorumlar