Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 26 dekabrda minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.
Nazirlər Kabinetinə
2.1 dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;
2.2 dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları Vahid Tarif Cədvəli ilə təmzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilsin.
Məlumat üçün bildirək ki,minimum aylıq əməkhaqqının artırılması haqqında qanun bu gündən qüvvəyə minir.
Yorumlar