Hazırda kredit borcunu qaytara bilməyən xeyli insan var. Bundan çıxış yolu kimi bir sıra təkliflər hazırlanıb. Məsələn, kredit borcunu qaytarmaqda çətinlik çəkənlərə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif olunur. Bundan əlavə, bir neçə banka borcu olanlarla bağlı da bir sıra yeniliklər ola bilər. Sıradakı xəbərimiz məhz bu haqdadır.
Kredit borclarını qaytara bilməyənlərlə bağlı yeni təkliflər hazırlanır. Maliyyə Bazarlarına Nəzarət Palatası və Banklar Assosiasiyasının nümayəndələri, həmçinin bank rəsmiləri və müstəqil iqtisadçıların birgə müzakirəsi zamanı kredit borcunu qaytara bilməyənlərin vergidən azad edilməsi təklif olunub. Söhbət borclu şəxslərin 14 faizlik gəlir vergisindən azad edilməsindən gedir.
Yorumlar