Hacı Nuran Könül Xasıyevanı ziyaret edib-foto


Hacı Nuran bugun dəyərli sənətkarımız Könul Xasiyevanı ziyaret edib bunu sosial şəbəkəsində paylaşan Hacı Nuran belə status yazıb

Azərbaycanın XALQ artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasiyevanı bu gün yoxlamağa getmişdim ... Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir ... Görüşümüz çox təsirli və kövrək oldu ... Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq ... Çünki yeni "HƏYAT" fondumuz ona dəstəkdir ... Biz isə sizin hər birinizə güvənirik ... Bu yaxınlarda "HƏYAT" fondunun televiziya versiyasında ətraflı danışb sizli bizli gözəl sənətçimizə dəstək olacağıq ... Bildiyiniz kimi, xeyriyyə məqsədilə HƏYAT fondu yaradılıb... Məqsəd ehtiyacı olan xəstələrə kömək etməkdir... Həmin insanlar haqda məlumatları ATV kanalında yayımlanacaq "HƏYAT" verilişində sizinlə paylaşacağıq... Kömək etmək istəyənlərsə istənilən mobil operatordan 999 nömrəsini yığmaqla, 0 düyməsini basmaqla 50 qəpik, başqa düymələri, məsələn 5 düyməsini basmaqla 5 manat, 9 düyməsini basmaqla 9 manat yardım edə biləcəklər... Yardımı həmçinin www.hayatfondu.az saytına baş vurub ordan da etmək mümkündür ... Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin ..