Zaurun 3 il öncəki bu görüntüsü yalanını İFŞA ETDİ


Zaurun 3 il öncəki bu görüntüsü yalanını İFŞA ETDİ



5/5" verilişinin, demək olar ki, həftəlik qonağına çevrilən Mənzurə Musayeva dünən yenidən efirə dəvət edilib.


Milli.Az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal xanım ifaçının qızına bu yaxınlarda etdiyi toya toxunub.

Aparıcı ilə müğənni arasındakı sözügedən mövzu ətrafında dialoqlarını təqdim edirik:

Eşitdim 400 adam çağırmısan, 800 adam gəlib.

- (Gülür) Biraz az. 300 çağırmışdım, 50 də rezerv etmişdim. Amma qonaqlar çox gəlmişdi. Məni çox istəyirlər də, gəliblər. 550-yə yaxın qonaq var idi.

Gələn nə yedi?

- Sağolsun restoran, yola verdi.

Restoran 100-200 stola necə cavabdehdir?

- Qonaqların çoxunun həmin gün başqa toyu var idi deyə, tez getdilər.

Mən gəldim, yer tapa bilmədim, əsəbləşdim.

- Mən müsahibə verəndə gördüm gəlmisən. Sonra bir də gördüm yoxsan.

Toyda ağlamaqdan savayı heç nə etməmisən. Oturub hönkür-hönkür nəyə ağlayırdın, kimə ağlayırdın?

- Onu özüm bilirəm, heç kim bilmir.

Onda sən iki gün yox, gərək 3-4 gün, ya bir həftə edərdin.

- Niyə?

Adamlarını toyda yerləşdirə bilmədin. Sən bilmirdin toya nə qədər adam gələcək?

- Mən, vallah, o qədər bilmirdim gələn olar. Mənə deyirdilər gələcəm. Mən düşünürdüm ki, dəvət etməmişəm də.

Dəvətsiz adam gedər?! Ömründə mən getmərəm. Yaxşı çıxdın toydan, yoxsa cərimə ilə?

- Yaxşı oldu.

Yaxşı olacaq da, 500 nəfər gəlib, amma 300 nəfərin yerinin pulun vermisən.

Xatırladaq ki, 3 il bundan öncə paytaxtın məşhur restoranlarından birində özünə doğum günü keçirən Mənzurə Musayeva müsahibəsində ad gününə dəvət etmədiyi bir neçə məşhur simanın da gəldiyini xatırladaraq, belə qonaqlardan teleaparıcı Zaur Kamalın gəlişini özü üçün sürpriz kimi dəyərləndirmişdi:

"Zauru dəvət etməmişdim. Amma onun gəldiyini görəndə çox sevindim, sürpriz oldu".

Qeyd edək ki, müğənni Mənzurə Musayeva övladlığa götürdüyü qardaşı qızı Çinarəni dekabrın son günlərində gəlin köçürüb.



Yorumlar