Azərbaycanda DƏHŞƏT- sevdiyi qızı zorladı, öldürüb meşədə basdırdı - VİDEO

O, qızı qaçırdan zaman Bahar hamilə olub.

"Səni axtarıram" verilişinin 2013-cü ildə açdığı cinayət işi öz təsdiqini tapıb.

Sonxeber.az goldnews.az-a istinadən xəbər verir ki, Masallı rayonundan 17 il əvvəl itkin düşmüş qızı üçün verilişə müraciət edən qadına verilən xəbər hər kəsi sarsıdıb. Belə ki, Stəkan nənənin qızı Baharın öldürülərək meşədə basdırılması polis tərəfindən təsdiqlənib.

Məlumata görə, bir nəfərin başını kəsərək qətlə yetirdiyi üçün Rusiyanın Arxangelsk vilayətində həbsdə olan Vüqar azadlığa çıxdıqdan sonra vətənə qayıdıb. Lakin burada o, 2017-ci ilin dekabrında polis tərəfindən yenidən saxlanılıb. O, polisə ifadəsində Baharı öldürərək meşədə basdırdığını etiraf edib.

Qeyd edək ki, Vüqarın qardaşının keçmiş arvadı verilişə bildirib ki, Vüqar Baharı zorlayıb. O, qızı qaçıran zaman Bahar hamilə olub. Onu özü ilə Rusiyaya gətirəcəyinə söz versə də, vədinə sadiq qalmayıb. Hər kəs Baharı Rusiyada axtarsa da, məlum olub ki, o, qaçırıldığı Vüqar tərəfindən qətlə yetirilərək Masallıda, meşədə basdırılıb.


H

Yorumlar